Bakıda təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının heyətində dəyişiklik olub.
NUHÇIXAN xəbər verir ki, “Qəbələ”nin əsas qapıçısı Anar Nəzirov zədələndiyinə görə, klubun müraciəti əsasında Müşviq Nadirov toplanışdan azad edilib. Onun əvəzinə hazırlıq prosesinə “Neftçi”dən Elnur Hüseynov dəvət alıb.
Yanvarın 17-dək Bakıda təlim-məşq toplanışında olacaq 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası hazırlığını yanvarın 18-dən 28-dək Antalyada davam etdirəcək. Komanda yanvarın 22-də “Antalyaspor”un, yanvarın 25-də və 27-də isə Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət təmsilçiləri ilə yoldaşlıq oyunları keçirəcək.