Türkiyə millisinin və İtaliyanın “Yuventus” futbol klubunun müdafiəçisi Merih Demiralın son durumu bəlli olub.
NUHÇIXAN xəbər verir ki, 21 yaşlı türkiyəli müdafiəçi sol dizinin çarpaz bağı qopduğu üçün əməliyyat olub. M.Demiral 6-7 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilib. Bu səbəbdən müdafiəçi “Avro 2020”ni buraxacaq.
Qeyd edək ki, M.Demiral İtaliya A Seriyasının 19-cu turunda “Roma” ilə matçın 19-cu dəqiqəsində zədələnib.