Klublar Assosiasiyası və AFE İspaniyanın qadın futbolu tarixində ilk sazişi imzalayıblar

A- A A+

Klublar Assosiasiyası və İspaniya Futbolçular Assosiasiyası (AFE) ölkədə qadın futbolu tarixində ilk sazişi imzalayıblar.

İspaniya Kral Futbol Federasiyası (RFEF) elan edib ki, o, İspaniyada qadınlar arasında futbol haqqında birinci kollektiv müqavilənin imzalanmasına dair Qadın Futbol Klubları Assosiasiyasının (ACFF) şərtlərini qəbul edib.

NUHÇIXAN xəbər verir ki, Birinci və İkinci divizionların klubları bir mövsüm ərzində onlara müvafiq olaraq 500 000 və ya 100 000 avro təklif edən “RFEF Elite” proqramına qoşula bilərlər.

Adi iş gününün 75 faizindən az hissəsini futbolla qismən məşğul olan bütün qadınlar ildə 16 min əməkhaqqı alacaqlar. Bundan əlavə, qadın futbolçular üçün otuzgünlük məzuniyyət və hamiləlik dövründə bir sıra güzəştlər nəzərdə tutulur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: