Yanvarın 16-da Veyk-an Zee şahmat festivalının (“Tata Steel Chess 2020”) beşinci turunun oyunları keçiriləcək.
NUHÇIXAN xəbər verir ki, turnirin B qrupunda mübarizə aparan təmsilçimiz Rauf Məmmədov növbəti turda yerli idmançı Jan Smitslə üz-üzə gələcək.
Qeyd edək ki, təmsilçimiz ötən 4 turun nəticəsinə görə 2,5 xal toplayıb. O, bu göstərici ilə 2-5-ci yerləri bölüşür.