İlin ilk “El-Klassiko”sunun vaxtı açıqlanıb

A- A A+

Futbol üzrə İspaniya çempionatının XXVI turunda baş tutacaq “Real Madrid”-“Barselona” “El-Klassiko”sunun vaxtı açıqlanıb.

NUHÇIXAN xəbər verir ki, 2020-ci ilin ilk “El-Klassiko”su martın 1-də “Santyaqo-Bernabeu” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Xatırladaq ki, cari mövsümün “Kamp Nou”da keçirilən ilk matçında qapılara qol vurulmayıb. “Barselona və “Real Madrid” klubları La Liqada 19 turdan sonra 40 xal toplayıb və müvafiq olaraq birinci və ikinci pillələrdə qərarlaşıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: