Yanvarın 17-də AFFA-nın inzibati binasında futbol üzrə Region Liqasında mübarizə aparan komandaların nümayəndələri ilə ilk dövrənin yekunlarına həsr olunmuş görüş keçirilib.
NUHÇIXAN AFFA-ya istinadla xəbər verir ki, Məşqçilər Komitəsinin üzvlərinin də iştirak etdiyi görüşdə komandaların problemləri dinlənilib, ikinci dövrənin hazırlığı ilə bağlı fikir mübadiləsi aparılıb.
Komandaların təkliflərinin müzakirə olunduğu tədbirdə Region Liqasının daha da inkişafı üçün görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.