Kriştiano Ronaldo “Yuventus”da dekabrın ən yaxşı futbolçusu seçilib

A- A A+

İtaliyanın “Yuventus” klubunun hücumçusu Kriştiano Ronaldo Turin komandasında dekabr ayının ən yaxşı futbolçusu seçilib.

NUHÇIXAN xəbər verir ki, 34 yaşlı portuqaliyalı hücumçu ötən ay 6 oyuna 6 qol vurub. Ronaldo İtaliya A Seriyasında “Sassuolo”, “Latsio”, “Sampdoriya” klubları ilə oyunda 1, “Udineze” ilə matçda isə 2 qol vurub. UEFA Çempionlar Liqasında isə “Bayer Leverkuzen”lə oyunda bir dəfə fərqlənib.

Qeyd edək ki, portuqaliyalı hücumçu cari mövsümdə “Yuventus”un heyətində keçirdiyi 23 oyunda 16 qol vurub və 2 məhsuldar ötürmə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: