İngiltərənin “Arsenal” futbol klubu “Paris Sen-Jermen” komandası ilə Leven Kurzavanın transferi barədə razılığa gəlib.
NUHÇIXAN xəbər verir ki, 27 yaşlı fransalı müdafiəçi London klubu ilə 5 illik müqavilə imzalayıb. Kurzavanın Paris klubu ilə müqaviləsi cari mövsümün sonunda bitəcək. Buna görə də fransalı futbolçu London təmsilçisinə yayda azad agent olaraq keçəcək.
Qeyd edək ki, L.Kurzava 2015-ci ildən “Paris Sen-Jermen”də forma geyinir. Müdafiəçi cari mövsümdə Fransa çempionatında keçirdiyi 11 matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.