Yaponiya özünümüdafiə qüvvələrinin aviasiya pilotaj qrupu Olimpiya məşəlini qarşılamaq üçün məşqlərə başlayıb

A- A A+

Yaponiya özünümüdafiə qüvvələrinin “Blue Impulse” aviasiya pilotaj qrupu Olimpiya məşəlini qarşılamaq üçün məşqlərə başlayıb.

NUHÇIXAN Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, Olimpiya məşəli Yunanıstanın Olimpiya şəhərində martın 12-də yandırılacaq və təyyarə ilə Yaponiyaya göndəriləcək. Olimpiya məşəlinin martın 20-də özünümüdafiə qüvvələrinin Yaponiyanın şimal-şərqində yerləşən Miyaqi prefekturasını Hiqaşi-Matsuşima şəhərindəki aviabazasına çatdırılması planlaşdırılır.

Xatırladaq ki, Tokioda 1964-cü ildə keçirilən Olimpiya Oyunları zamanı “Blue Impulse” pilotaj qrupu səmada Olimpiadanın rəmzi olan beş halqanı çəkmişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: