“Neftçi” futbol klubu baş məqşçi Roberto Bordinlə müqaviləyə xitam verib.
NUHÇIXAN klubun rəsmi saytına istinadla xəbər verir ki, "Neftçi” prezidentinin təqdimatı əsasında əsas komandanın hazırkı durumu Müşahidə Şurasının üzvləri ilə yenidən müzakirəyə təqdim edilib, irad və təkliflər dinlənilib. Sonda klubun baş məşqçisi Roberto Bordinlə müqaviləyə qarşılıqlı surətdə xitam verilməsi barədə qərar qəbul olunub. Komandaya rəhbərlik müvəqqəti olaraq köməkçi məşqçi Füzuli Məmmədova tapşırılıb.
"Neftçi” italiyalı mütəxəssis Roberto Bordinə xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.