Yanvarın 21-də və 22-də Bakı İdman Sarayında futzal üzrə Azərbaycan millisi ilə yoldaşlıq oyununda qarşılaşacaq Özbəkistan yığmasının heyəti açıqlanıb.
NUHÇIXAN Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, təlim-məşq toplanışına başlayan rəqib yanvarın 19-dək Daşkənddə hazırlıq keçəcək. Komanda Bakıya yanvarın 19-da gələcək və 23-dək paytaxtımızda qalacaq.
Baş məşqçi Bahodir Ahmedov 20 futzalçıya dəvət göndərib ki, onlardan 4-ü qapıçıdır. Heyətdə qapıçılar - Rustam Umarov (AGMK), Ravşan Eliboyev (Paxtakor), Klim Tyugaev və Abbos Elmuradov (hər ikisi Lokomotiv), oyunçular - Anasxon Rahmatov, İxtiyar Ropiyev, Maşrab Adilov, İlham Hamroev, Husniddin Nişonov, Dilşad Rahmatov, Əkbər Usmanov (hamısı AGMK), Davron Çoriyev, Dilmurod Şavkatov (hər ikisi Paxtakor), Sunnatilla Jorayev (Nasaf), Konstantin Sviridov, Javlon Anorov (hər ikisi Maksam-Çirçiq), Artur Yunusov, Abdulla Solihov (hər ikisi Lokomotiv), Xuşnur Erkinov (Sogdiyona) və Şohzod Sadiyev (Dinamo) yer alıblar.