Futbol üzrə Almaniya milli komandasının sabiq hücumçusu Lukas Podolski karyerasını Türkiyənin “Antalyaspor” klubunda davam etdirəcək.
NUHÇIXAN xəbər verir ki, 33 yaşlı almaniyalı hücumçu ilə Antalya təmsilçisi 2021-ci ilin sonunadək müqavilə imzalayıb.
Qeyd edək ki, Podolski 2015-2017-ci illərdə “Qalatasaray” klubunda forma geyinib. “Köln”ün yetirməsi olan futbolçu “Bavariya”,(Almaniya) “Arsenal” (İngiltərə), “İnter” (İtaliya) kimi klublarda da çıxış edib. Podolski Almaniya yığmasında keçirdiyi 130 oyunda 49 qol vurub.