Voleybolçumuz Fransa çempionatında növbəti qələbəsini qazanıb

A- A A+

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Alyona Həsənova Fransa çempionatında növbəti qələbəsini qazanıb.

NUHÇIXAN xəbər verir ki, voleybolçumuzun çıxış etdiyi “Le Kannet” komandası Fransa çempionatının 16-cı turunda “San-Rafael” klubu ilə qarşılaşıb. Görüş “Le Kannet” komandasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimizin blokçusu bu oyunda 14 xal toplayıb.

Qeyd edək ki, hesabında 32 xal olan “Le Kannet” turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: