Azərbaycan millisi Maltada Lixtenşteyn yığması ilə yoldaşlıq oyunu keçirəcək

A- A A+

Martın 23-dən 31-dək Maltada təlim-məşq toplanışında olacaq futbol üzrə Azərbaycan milli komandasının daha bir rəqibi müəyyənləşib.

NUHÇIXAN AFFA-ya istinadla xəbər verir ki, millimiz martın 26-da Bakı vaxtı ilə saat 19:00-da Lixtenşteyn yığması ilə yoldaşlıq oyunu keçirəcək.

Xatırladaq ki, komandamız toplanış zamanı növbəti yoldaşlıq oyununda Malta yığması ilə qarşılaşacaq. Martın 30-da keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: