Dünya çempionatının elit-raund mərhələsinə hazırlaşan futzal üzrə Azərbaycan milli komandası bu gün ikinci yoldaşlıq oyununu keçirəcək.
NUHÇIXAN xəbər verir ki, komandamız saat 20:00-da Bakı İdman Sarayında yenidən Özbəkistan futzalçıları ilə qarşılaşacaq.
Oyunu Əli Cəbrayılov, Knyaz Əmiraslanov və Fuad Həsənovdan ibarət hakimlər briqadası idarə edəcək.
Komandalar arasında yanvarın 21-də keçirilən yoldaşlıq oyununda Özbəkistan yığması 3:2 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Azərbaycan millisi elit-raund mərhələsi çərçivəsində yanvarın 29-da Xorvatiya, ertəsi gün Rusiya, fevralın 1-də isə Slovakiya yığmaları ilə qarşılaşacaq. Bu qrupun oyunları Xorvatiyanın Osiek şəhərindəki “Qradsk vrt Arena”da keçiriləcək.