Yaponiya səhiyyə təşkilatı hakimiyyət orqanlarını “Tokio 2020” Olimpiya və Paralimpiya Oyunları ərəfəsində yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə könüllüləri və məmurları peyvənd etməyə çağırıblar.
NUHÇIXAN Yaponiya Yoluxucu Xəstəliklərlə Mübarizə Assosiasiyasına istinadla xəbər verir ki, yarışlar vaxtı insanların diqqətli olması üçün artıq yoluxucu xəstəliklərin siyahısı hazırlanıb.
Assosiasiya, həmçinin Olimpiya və Paralimpiya oyunlarının iştirakçılarını səkkiz yoluxucu xəstəlik üzrə peyvənd olunmağa çağırır. Bu siyahıda qızılca, qrip və invaziv meningokok infeksiyası kimi xəstəliklər yer alıb.