Yanvarın 25-də Cəbəllütariqdə keçirilən beynəlxalq şahmat festivalının “Masters” turnirinin beşinci turunun oyunlarına start veriləcək.
NUHÇIXAN xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov növbəti partiyanı argentinalı Fernando Peraltaya qarşı keçirəcək. Komandamızın digər üzvü Vasif Durarbəylinin rəqibi isə çinli idmançı Hao Yanq olacaq. Dörd turdan sonra V.Durarbəyli 3,5, Ş.Məmmədyarov isə 3 xal toplayıb.
“Masters” turnirinə dünyanın müxtəlif ölkələrindən 241 şahmatçı, o cümlədən 116 qrossmeyster qatılıb.