Paytaxt təmsilçisi “Neftçi” klubu daha bir futbolçunu heyətinə cəlb edib.
NUHÇIXAN klubun rəsmi saytına istinadla xəbər verir ki, xorvatiyalı Slavko Braliçlə birillik müqavilə imzalanıb. 25 yaşlı mərkəz müdafiəçisi 28 nömrəli formanı geyəcək.
Qeyd edək ki, Slavko Braliçin sonuncu klubu “Şiroki Brieq” (Bosniya və Herseqovina) olub. S.Braliç Xorvatiyanın “Omladinas Vranyiç”, “Solin” və “Osiyek” komandalarında da çıxış edib.
Bunadək “Neftçi” cinah müdafiəçisi Tural Axundov, yarımmüdafiəçi Rəşad Eyubov və braziliyalı hücumçu Dario Frederikonun keçidini rəsmiləşdirib.