Yanvarın 26-da İtaliya A Seriyasının 21-ci turun maraq doğuran oyunu keçirilib.
NUHÇIXAN xəbər verir ki, çempionluğa iki iddialı klub “Roma” komandası “Latsio” klubunu qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. Oyunda hesabı 26-ci dəqiqədə meydan sahiblərinin hücumçusu Edin Dzeko açıb. Qoldan səkkiz dəqiqə sonra “Latsio” tarazlığı bərpa edib. Francesko Acerbi adını tabloya yazdırıb. Rim derbisində qalan dəqiqələrdə qol olmayıb.
İyirmi bir turdan sonra “Latsio” 46 xalla üçüncü, “Roma” isə 39 xalla dördüncü yerdə qərarlaşıb.
Qeyd edək ki, tura saat 23:45-də baş tutacaq “Napoli” - “Yuventus” oyunu ilə yekun vurulacaq.