Amerikalı məşhur basketbolçu Kobe Brayant helikopter qəzasında həlak olub - FOTOLAR

A- A A+

Amerika Milli Basketbol Assosiasiyasının (NBA) əfsanələrindən olan Kobe Brayant helikopter qəzasında ölüb.

NUHÇIXAN xəbər verir ki, Kaliforniyada qəzaya uğrayan helikopterdə dünyanın ən güclü basketbolçularından olan 41 yaşlı K.Brayant və daha üç nəfər olub.

Helikopterin K.Brayanta məxsus olduğu bildirilir.

Qeyd edək ki, NBA tarixinin ən güclü basketbolçularından olmuş "Qara mamba" ləqəbli K.Brayant "Los Angeles Leykers" komandasında forma geyinib. O, Afina (2004) və London (2012) olimpiadalarının, eləcə də FIBA Amerika çempionatının (2007) qalibi olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: