Rövnəq Abdullayev növbəti dəfə AFFA-nın prezidenti seçilib.
NUHÇIXAN xəbər verir ki, AFFA-nın yanvarın 28-də keçirilən konfransında Assosiasiyanın hazırki rəhbəri R.Abdullayev səsvermə yolu ilə növbəti dəfə dörd il müddətinə qurumun prezidenti vəzifəsinə seçilib.
Qeyd edək ki, R.Abdullayev 2008-ci ildən AFFA-nın prezidentidir. AFFA prezidentliyinə seçkilər dörd ildən bir keçirilir.