Yeniyetmələr arasında keçirilən sərbəst güləş üzrə Bakı şəhər açıq birinciliyində naxçıvanlı idmançılar uğurlu nəticələr əldə ediblər.
NUHÇIXAN xəbər verir ki, birincilikdə Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının iki idmançısı da mübarizə aparıb. Belə ki, 60 kiloqram çəki dərəcəsində Kamal Qasımov birinciliyin qalibi olub. Eyni çəkidə mübarizə aparan Camal Qasımov isə bürünc medal qazanıb.
Sonda qalib idmançılar təşkilatçılar tərəfindən mükafatlandırılıblar.
Eyni zamanda, Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında yeniyetmələr (2007-2008-ci illər) arasında keçirilən sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyinə yekun vurulub.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi birincilikdə 11 çəki dərəcəsi üzrə 60 idmançı öz qüvvəsini sınayıb.
Sonda hər çəki dərəcəsində I, II və III yerləri tutan idmançılar təltif olunublar.