Beynəlxalq Avtomobil Federasiyasının (FIA) təşkilatçılığı ilə ikinci Avtoidman Oyunları Fransada təşkil olunacaq.
NUHÇIXAN FIA-ya istinadla xəbər verir ki, oktyabrın 23-dən 25-dək Marsel şəhərindəki Pol-Rikar trasında keçiriləcək Oyunlarda GT, turinq, Formula 4, drift, kartinqin slalom növü və virtual yürüş üzrə yarışlar təşkil olunacaq.
İlk Avtoidman Oyunlarına ötən ilin noyabrında İtaliya ev sahibliyi edib. Romanın yaxınlığındakı Vallelunqa trasında baş tutan yarışlarda Rusiya komanda hesabında birinci olub.