Cəbəllütariqdə təşkil olunan beynəlxalq şahmat festivalının “Masters” turnirinə bu gün yekun vurulacaq
Yanvarın 30-da Cəbəllütariqdə təşkil edilən beynəlxalq şahmat festivalının “Masters” turnirində onuncu turun oyunları keçiriləcək.
NUHÇIXAN xəbər verir ki, yanvarın 30-da keçiriləcək sonuncu turda Azərbaycan şahmatçılarından Vasif Durarbəyli çinli idmançı Tinji Ley, Günay Məmmədzadə norveçli Olqa Doljikova ilə mübarizə aparacaqlar.
Qeyd edək ki, ötən turların nəticəsinə görə, V.Durarbəyli 5,5 xal, G.Məmmədzadə 4 xal toplayıblar. V.Durarbəyli bu göstəriciyə görə 44-cü, G.Məmmədzadə isə 153-cü sıradadırlar.
Turnir cədvəlinə 7 xalla rusiyalı Andrey Yesipenko başçılıq edir. On turdan ibarət “Masters” turnirinə 241 şahmatçı, o cümlədən 116 qrossmeyster qatılıb.