Kriştiano Ronaldonun daha bir rekordu: “Instagram”da 200 milyon izləyici

A- A A+

“Yuventus” klubunun portuqaliyalı ulduz futbolçusu Kriştiano Ronaldo öz rekordlarına daha birini əlavə edib.

NUHÇIXAN xəbər verir ki, futbolçunun “Instagram” səhifəsindəki izləyicilərinin sayı 200 milyonu ötüb. O, “Instagram”da izləyicilərinin sayı 200 milyona çatan ilk şəxs olub. Hazırda onun bu səhifədəki izləyicilərinin sayı 200,3 milyon nəfərdir. Futbolçunun bu barədə şəxsi səhifəsində yerləşdirdiyi videogörüntülü paylaşıma 14 saat ərzində 11,8 milyon nəfər baxıb.

“Forbes” nəşrinə görə, “Instagram” səhifəsindəki paylaşımları 34 yaşlı futbolçuya ildə orta hesabla 47,8 milyon dollar qazandırır.

Dünyada təxminən 1 milyard insanın istifadə etdiyi “Instagram”da ən çox izləyici sayına görə sonrakı yerləri amerikalı müğənni Ariana Qrande (173 milyon), aktyor Dueyn Conson (“The Rock, 170 milyon), müğənni Selena Qomes (167 milyon) tuturlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: