Bruno Fernandeş rəsmən “Mançester Yunayted”də

A- A A+

İngiltərənin "Mançester Yunayted" futbol klubu Portuqaliyanın “Sportinq” komandasının yarımmüdafiəçisi Bruno Fernandeşi heyətinə cəlb etdiyini açıqlayıb.

NUHÇIXAN xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi sabah tibbi müayinədən keçəcək. Portuqaliyalı yarımmüdafiəçi Mançester təmsilçisi ilə 2025-ci ilədək müqavilə imzalayacaq. “Mançester Yunayted” klubu Fernandeşin transferi üçün 55 milyon avro, bonus kimi 25 milyon avro ödəyəcək.

Qeyd edək ki, Fernandeş 2017-ci ildən “Sportinq”də çıxış edir. O, bu mövsüm 17 oyuna çıxıb, 8 qol vurub və 7 məhsuldar ötürmə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: