Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatının dünənki oyunları sırasında Portuqaliya-İspaniya millilərinin görüşü xüsusi diqqət çəkib. 3-3 hesabla başa çatan oyunun qəhrəmanı Kriştianu Ronaldo olub.
Komandanın kapitanı İspaniya ilə oyunu şərh edib. NUHÇIXAN xəbər verir ki, Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo deyib:
“Karyeramın ən gözəl anlarından biri idi. Çox sevincliyəm. Ən gözəl performanslarımdan birini göstərdim. Amma əsas komandanın necə oynamasıdır”.
O, bildirib ki, 3:3 hesablı nəticə ədalətlidi: “Gözəl bir komanda ilə qarşılaşmada 2 dəfə önə keçdik. Lakin üstünlüyümüzü qoruya bilməyib, geri düşdük. Sonadək təslim olmadıq, savaşdıq. Nəticədə görüşü heç-heçə bitirdik. Məncə, ədalətli bir yekundu”.
İspaniya ilə matçda het-trik edən futbolçu mundialdakı şanslarını da dəyərləndirib: “Favorit deyilik, amma liderlərdən biriyik. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”.