Futzal üzrə Azərbaycan milli komandası dünya çempionatının elit-raund mərhələsində ilk qələbəsini qazanıb.
NUHÇIXSN xəbər verir ki, yanvarın 30-da Xorvatiyada Rusiya yığması ilə qarşılşan komandamız qələbə qazanıb – 4:3.
Millimizin heyətində Everton Kardosonun dubl etdiyi görüşdə digər qolları Rafael Vilela və İsa Atayev vurublar.
Yığmamız ilk oyununda Xorvatiya seçməsinə məğlub olub - 0:2.
Qeyd edək ki, millimiz qrupda sonuncu oyununu fevralın 1-də Bakı vaxtı ilə saat 20:00-da Slovakiya yığmasına qarşı keçirəcək.