“Liverpul” klubu tarixi rekorda imza atıb

A- A A+

İngiltərənin “Liverpul” futbol klub yeni rekord müəyyənləşdirib.

NUHÇIXAN xəbər verir ki, İngiltərə Premyer Liqasında 18-ci turdan təxirə salınmış oyunda “Vest Hem”i 2:0 hesabı ilə məğlub edən Liverpul təmsilçiləri cari mövsümdə Premyer Liqadakı bütün komandalara qalib gəlib.

“Liverpul” klubu tarixində ilk dəfə bir mövsümdə çempionatdakı bütün rəqiblərini məğlub etməyi bacarıb.

Qeyd edək ki, Premyer Liqada 24 turdan sonra 23 qələbə ilə 70 xal toplayan “Liverpul” turnir cədvəlinin lideridir və ən yaxın izləyicisi “Mançester Siti”ni 19 xal qabaqlayır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: