“Barselona” klubu “Braqa”nın hücumçusu ilə müqavilə imzalayıb

A- A A+

“Barselona” klubu heyətinə yeni futbolçu cəlb edib.

NUHÇIXAN klubun rəsmi saytına istinadla xəbər verir ki, komanda “Braqa”nın hücumçusu 20 yaşlı Fransişku Trinkayla 2025-ci ilin yayınadək müqavilə imzalayıb. Mövsümün sonunadək “Braqa”da çıxış edəcək gənc futbolçu iyulda Kataloniya klubuna qoşulacaq.

İspaniya mətbuatında klubun bu transfer üçün 31 miyon avro ödəməsi ilə bağlı məlumat yer alıb.

Qeyd edək ki, Fransişku Trinkay bu mövsüm "Braqa”da keçirdiyi 22 oyunda 3 qol vurub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: