İstanbulun “Beşiktaş” futbol klubu İtaliyanın “Fiorentina” komandasında çıxış edən qanalı hücumçu Kevin-Prins Boatenqi icarəyə götürüb.
NUHÇIXAN xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi cari mövsümün sonunadək İstanbul təmsilçisinin formasını geyinəcək.
O, bu müddət ərzində 350 min avro qazanacaq.
Qeyd edək ki, K.P.Boatenq cari mövsümdə İtaliya komandasının heyətində keçirdiyi 14 matçda 1 qol vurub.