Futzal üzrə Azərbaycan milli komandası dünya çempionatının elit-raund mərhələsində bu gün sonuncu oyununu keçirəcək.
NUHÇIXAN xəbər verir ki, komandamız Bakı vaxtı ilə saat 20:00-da Slovakiya futzalçıları ilə qarşılaşacaq.
“CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq görüşü Angelo Galante, Çiara Perona və Nikola Manzione (hakimlər briqadası İtaliyadandır) idarə edəcəklər.
Qeyd edək ki, millimiz ilk oyununda Xorvatiyaya 0:2 hesabı ilə məğlubsa da, Rusiya ilə matçda qələbə qazanıb – 4:3.