İstanbulun “Qalatasaray” futbol klubunda icarə əsasında çıxış edən Əmrə Morun yeni komandası müəyyənləşib.
NUHÇIXAN xəbər verir ki, 22 yaşlı hücumçunun müqavilə ilə məxsus olduğu İspaniyanın “Selta Viqo” komandası onu yenidən icarəyə göndərib. Türk futbolçu karyerasını Yunanıstanın “Olimpiyakos” klubunda davam etdirəcək.
Qeyd edək ki, Mor cari mövsümdə “Qalatasaray”ın heyətində 12 oyunda meydana çıxıb.