Futbol üzrə dünya çempionatları tarixində ilk dəfə videotəkrara əsasən penalti təyin olub.
NUHÇIXAN xəbər verir ki, DÇ-2018-də C qrupunu I turu çərçivəsində keçirilən Fransa – Avstraliya oyununun 56-cı dəqiqəsində baş hakim Andres Kunya texnologiyanın köməyinə müraciət edib. Avstraliya yığmasının yarımmüdafiəçisi Coşua Risdonun cərimə meydançasının daxilində Fransa millisinin forvardı Antuan Qrizmana qarşı qaydanı pozduğu epizodu təkrar izləyən baş hakim penalti qərarı verib.
Zərərçəkən 11 metrlik zərbəni dəqiq yerinə yetirərək, hesabı açıb.