“Liverpul” qələbə qazanaraq “Mançester Siti” ilə xal fərqini 22-yə çatdırıb

A- A A+

Fevralın 1-də futbol üzrə İngiltərə Premyer Liqasında 25–ci turun növbəti oyunları keçirilib.

NUHÇIXAN xəbər verir ki, turun maraq doğuran oyunu “Enfild” stadionunda baş tutub. “Liverpul” öz meydanında “Southemton” klubunu qəbul edib.

Görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Mersessayd təmsilçisinin heyətində Aleks Oskleyd-Çemberlen, Məhəmməd Salah (2) və Cordan Henderson fərqləniblər.

Bu qələbədən sonra “Liverpul” əzəli rəqibi, ikinci pillədə qərarlaşan “Mançester Siti”dən 22 xal önə keçib.

Mançester təmsilçisi fevralın 2-də səfərdə “Tottenhem” klubunun qonağı olacaq.

Günün digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb:

“Bormunt” - “Aston Villa” - 2:1;

“Kristal Palas” - “Şeffild Yunayted” - 0:1;

“Nyukasl Yunayted” - “Norviç Siti” - 0:0;

“Vatfotd” - “Everton” - 2:3;

“Vest Ham Yunayted” - “Brayton” - 3:3.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: