Türkiyə Superliqası: “Qalatasaray” doğma meydanda “Kayserispor”u məğlub edib

A- A A+

Fevralın 2-də Türkiyə Superliqasının XX turu çərçivəsində keçirilən qarşılaşmada “Qalatasaray” doğma meydanda “Kayserispor”u qəbul edib.

NUHÇIXAN xəbər verir ki, oyuna fəal başlayan İstanbul təmsilçiləri artıq beşinci dəqiqədə hesabı açıblar. Adəm Böyük Marianonun ötürməsini dəqiq tamamlayıb. Görüşün 21-ci dəqiqəsində “Qalatasaray”ın yarımmüdafiəçisi Rayan Donk hesab arasındakı fərqi artırıb. Sofian Fequli isə 64-cü dəqiqədə komandasının üçüncü qolunu vurub. Cəmi beş dəqiqə sonra Kayseri təmsilçisinin hücumçusu Muris Mesanoviç vurulan qollardan birinin əvəzini çıxıb. Matçın son dəqiqələrində Sofian Fequli dubl edərək “Qalatasaray”ın qələbəsini rəsmiləşdirib - 4:1.

Günün digər qarşılaşmasında turnir cədvəlinin lideri “Sivasspor” səfərdə “Qaziantep” komandasına 1:5 hesabı ilə uduzub. “Ankaragücü” – “Kasımpaşa” oyununda qalib müəyyənləşməyib - 1:1. “Alanyaspor” isə doğma meydanda “Yeni Malatyaspor”u 2:1 hesabı ilə məğlub edib.

Tura fevralın 3-də oynanılacaq “Denizlispor” – “Göztəpə” görüşü ilə yekun vurulacaq.

Hazırda turnir cədvəlinə 41 xalla “Sivasspor” klubu liderlik edir. Sonrakı yerlərdə “Başakşəhər” (39 xal), “Trabzonspor” (38 xal), “Alanyaspor” (38 xal), “Fənərbağça” (37 xal), “Qalatasaray” (36 xal), “Beşiktaş” (33 xal) və digər komandalar qərarlaşıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: