“Qarabağ”ın yarımmüdafiəçisi Dani Kintana karyerasını Çində davam etdirəcək

A- A A+

Ağdamın “Qarabağ” komandasının ispaniyalı yarımmüdafiəçisi Dani Kintana Çinin “Chenqdu Better Siti” klubuna transfer edilib.

NUHÇIXAN xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi fevralın 3-də tibbi yoxlanışdan keçmək üçün yeni komandasının Tailandda davam edən düşərgəsinə yollanacaq.

2015-ci ildən Ağdam klubunda forma geyinən D.Kintana “Qarabağ”da keçirdiyi 146 matçda 42 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: