Almaniyanın “Bavariya” futbol klubunun polşalı hücumçusu Robert Levandovski ölkəsində 2019-cu ilin ən yaxşı futbolçusu seçilib.
NUHÇIXAN xəbər verir ki, 31 yaşlı hücumçu idman jurnalistləri arasında keçirilən sorğuda ən çox səs yığaraq səkkizinci dəfə bu ada layiq görülüb.
Polşa millisinin kapitanı cari mövsümdə Münxenin “Bavariya” klubunun heyətində keçirdiyi 28 matçda 33 qol vurub və 3 məhsuldar ötürmə edib. R.Levandovski bu mövsüm həm UEFA Çempionlar Liqasında (6 oyunda 10 qol), həm də Bundesliqada (20 oyunda 22 qol) ən məhsuldar futbolçudur.