Fevralın 29-dan martın 1-dək Polşanın paytaxtı Varşavada cüdo üzrə Avropa kuboku turniri keçiriləcək.
NUHÇIXAN xəbər verir ki, turnirdə kişilərin yarışlarında Azərbaycan cüdoçuları 7 çəki dərəcəsinin hamısında 12 idmançı ilə təmsil olunacaqlar. Qadın cüdoçuların yarışında isə üç çəki dərəcəsində dörd idmançımız mübarizə aparacaq.
Turnirdə 31 ölkədən 300-dək idmançı iştirak edəcək.