Beynəlxalq Avtomobil Federasiyası (FIA) Çində vəziyyətin inkişafını izləyir. Koronavirusa yoluxma təhlükəsinin yüksək olması ilə əlaqədar Formula E çempionatının mərhələ yarışı artıq ləğv edilib. Lakin aprelin 19-na nəzərdə tutulan Formula 1 Çin Qran-Prisinin taleyi hələlik sual altındadır.
NUHÇIXAN xəbər verir ki, Şanxay İdman Federasiyası bu həftənin əvvəlində bəyanatla çıxış edib. Bəyanatda yerli təşkilatçılara göstəriş verilib ki, koronavirusun yayılmasını məhdudlaşdıran tədbirlərdən biri kimi, idman yarışlarının keçirilməsini dayandırsınlar. Xəstəlik ocağı məhv edilənə qədər bu qadağa qüvvədə olacaq.
Bu bəyanat yalnız yerli şirkətlərə şamil olunur. Formula 1 Çin Qran-Prisinin təşkili ilə dövlət şirkəti məşğul olur. Yürüşün keçirilməsi sual altındadır. Bu gün Formula 1 komandalarının “Liberty Media” və FIA ilə görüşü keçiriləcək. Görüşdə fəaliyyət planı müzakirə ediləcək.