Şahmat üzrə Azərbaycan kubokunun səkkizdəbir final yarışlarının qalibləri müəyyənləşib.
NUHÇIXAN xəbər verir ki, böyüklər arasında Nicat Abasov, Əhməd Əhmədzadə, Aydın Süleymanlı, Abdulla Qədimbəyli, Rəhim Qasımov, Ülvi Sadıqov, Xəzər Babazadə, Fərid Mustafayev dörddəbir final mərhələsinə vəsiqə qazanıb.
On iki yaşadək şahmatçılar arasında isə Şahin Vəliyev, Əli Süleymanov, Xaqan Əhməd, Həsən Orucov, İsmayıl Süleymanlı, Tunar Davudov, Cahandar Azadəliyev və Paşam Əlizadə növbəti mərhələyə çıxıb.