FIDE-nin Prezident Şurasının Çində təşkili planlaşdırılan iclası koronavirusla əlaqədar BƏƏ-yə keçirilib
Beynəlxalq Şahmat Federasiyası (FİDE) koronavirus təhlükəsi ilə əlaqədar Prezident Şurasının iclasının Çində deyil, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçiriləcəyini elan edib.
NUHÇIXAN TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə qurumun rəhbəri Arkadi Dvorkoviç məlumat verib. Risk etməməyi qərara aldıqlarını deyən A.Dvorkoviç bildirib ki, FIDE-nin Prezident Şurasının iclası fevralın sonunda Abu-Dabidə təşkil ediləcək. Şurada əsasən FIDE-nin yeni nizamnaməsi və büdcəsi müzakirəyə çıxarılacaq.