Futbol üzrə Türkiyə kubokunun dörddəbir final mərhələsinin dördüncü oyununda “Sivasspor” komandası səfərdə “Antalyaspor”un qonağı olub.
NUHÇIXAN xəbər verir ki, “Antalya” stadionunda keçirilən oyunda qapılara qol vurulmayıb - 0:0.
Türkiyə Kubokunun dörddəbir final mərhələsinin cavab oyunları fevralın 11, 12 və 13-də baş tutacaq.
Xatırladaq ki, Türkiyə kubokunun fevralın 4-də keçirilən dörddəbir final mərhələsinin birinci görüşündə “Trabzonspor” doğma meydanda “Ərzurumspor”u 5:0 hesabı ilə darmadağın edib. Ötən gün “Fənərbağça” səfərdə “Kirklarelispor”a 0:3 hesabı ilə qalib gəlib. “Alanyaspor” isə doğma meydanda “Qalatasaray”ı 2:0 hesabı ilə məğlub edib.