İranın Çabahar şəhərində təşkil olunan şahmat festivalının A (masters) və B (U 2000) turnirlərində beşinci turun oyunları keçirilib. Beşinci turda da Azərbaycan şahmatçılarının rəqibləri İran təmsilçiləri olublar.
NUHÇIXAN xəbər verir ki, festivalın B turnirində yarışan Xatun Bağırova daha bir qələbə qazanaraq xalların sayını 4-ə çatdırıb. O, bu nəticə ilə turnir cədvəlində liderlik mövqeyini qoruyub. A turnirində şahmatçılarımızdan Azər Mirzəyev rəqibi ilə heç-heçəyə razılaşıb, Habil Cavadov məğlub olub. A.Mirzəyev 3 xalla 8-ci, H.Cavadov 2 xalla 16-cı pillədədirlər.