İngiltərənin “Mançester Siti” futbol klubunun hücumçusu Rahim Sterlinq zədələnib.
NUHÇIXAN xəbər verir ki, 25 yaşlı futbolçunun əzələsində problem aşkarlanıb. Onun yaşıl meydana nə vaxt dönəcəyi bilinmir.
R.Sterlinq bu səbəbdən fevralın 9-da “Vest Hem”ə qarşı keçiriləcək Premyer Liqa oyununu buraxmaq məcburiyyətində qalacaq.
Qeyd edək ki, ingiltərəli hücumçu cari mövsümdə “Mançester Siti”nin heyətində keçirdiyi 35 oyunda 20 qol vurub və 3 məhsuldar ötürmə edib.