Fevralın 8-də İranın Çabahar şəhərində təşkil olunan şahmat festivalının A (masters) və B (U 2000) turnirlərində yeddinci turun oyunları keçiriləcək. Yeddinci turda Azərbaycan şahmatçıları İran təmsilçiləri ilə mübarizə aparacaqlar.
NUHÇIXAN xəbər verir ki, festivalın A turnirində şahmatçılarımızdan Azər Mirzəyev Mobina Alinasab, Habil Cavadov Hamed Behroozi Moghaddam, B turnirində isə Xatun Bağırova Kamyar Rigi ilə qarşılaşacaqlar.
Qeyd edək ki, ötən turların nəticəsinə görə, şahmatçılarımız X.Bağırova 4 xalla 7-ci, A.Mirzəyev 3,5 xalla 10-cu, H.Cavadov 2,5 xalla 20-ci pillədədirlər.