“DÇ-2018”: Almaniya-Meksika matçı başlayıb - FOTOLAR
Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının dördüncü gününün ikinci oyununda “F” qrupunda yer alan Almaniya və Meksika milliləri qarşılaşırlar.
NUHÇIXAN xəbər verir, Moskvadakı “Lujniki” stadionunda oynanılan görüşü iranlı referi Fəqani Əlireza idarə edir.
Almaniya millisinin start heyətində meydana Manuyel Noyer, Jerom Boatenq, Mats Hummels, Yozua Kimmix, Marvin Plattenxardt, Sami Xedira, Toni Kros, Tomas Müller, Yulian Draksler, Məsut Özil, Timo Verner çıxıblar.
Meksika yığmasının ilk 11-liyində isə Qilyermo Ocoa, Uqo Ayala, Ektor Moreno, Karlos Solsedo, Xesus Qalyardo, Ektor Errera, Andres Quadrado, Karlos Vela, İrvinq Losano, Miqel Layun, Xavyer Hernandes yer alıblar.
Qeyd edək ki, bu, komandaların dünya çempionatları çərçivəsində ikinci qarşılaşmasıdır. İyirmi il əvvəl - 1998-ci ildə səkkizdəbir final mərhələsindəki birinci oyunda Almaniya millisi meksikalılara 2:1 hesabı ilə qalib gəlmişdi. Almaniya komandası dörd dəfə - 1954-cü, 1974-cü, 1990-cı və 2014-cü illərdə dünya çempionu adını qazanıb. 1930-cu ildə keçirilmiş ilk dünya çempionatının iştirakçısı olan Meksika yığması mundiallarda indiyədək 16 dəfə yer alıb və ən yaxşı nəticəni 1970-ci və 1980-ci illərdə göstərərək dörddəbir final mərhələsinə qədər irəliləyə bilib. Bundan əlavə, 1970-ci və 1986-cı illərdə futbol üzrə dünya çempionatları Meksikada keçirilib. Meksika, həmçinin ABŞ və Kanada ilə birlikdə 2026-cı ildəki mundiala da ev sahibliyi edəcək.