İdman jurnalistləri arasında PES2020 oyunu üzrə Azərbaycan çempionatı keçiriləcək

A- A A+

Martın 3-də idman jurnalistləri arasında ilk dəfə PES2020 üzrə Azərbaycan çempionatı təşkil ediləcək.

NUHÇIXAN xəbər verir ki, 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunacaq yarış Azərbaycan İdman Jurnalistləri Federasiyası (AİJF) və Azərbaycan Kiberidman Federasiyasının (AzKİF) birgə təşkilatçılığı “Nizami E-Sport Arena” və GLA-nın tərəfdaşlığı ilə təşkil olunacaq.

Olimpiya sistemi üzrə keçiriləcək çempionatın qalibinə “PlayStation 4” oyun dəsti veriləcək. Bundan başqa, ikinci və üçüncü yerlərin sahibləri də mükafatlandırılacaqlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: