“Fənərbağça” Türkiyə kubokunun yarımfinal mərhələsinə vəsiqə qazanıb

A- A A+

Fevralın 12-də futbol üzrə Türkiyə kuboku yarışlarının dörddəbir final mərhələsinin birinci cavab qarşılaşması keçirilib.

“Fənərbağça” doğma meydanda “Kirklarelispor”u minimal hesabla məğlub edib – 1:0.

NUHÇIXAN xəbər verir ki, görüşdə yeganə qolu 50-ci dəqiqəsində İstanbul təmsilçisinin hücumçusu Mövlud Erdinc vurub.

Qeyd edək ki, birinci oyunda 3:0 hesabı ilə qalib gələn İstanbul klubu yarımfinala vəsiqə qazanıb.

Turnirin dörddəbir final mərhələsinin digər görüşü – “Qalatasaray” –“Alanyaspor” fevralın 12-də, “Ərzurumspor”- “Trabzonspor”, “Sivasspor”-“Antalyaspor” matçları isə fevralın 13-də keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: