Bu gün şahmatçılarımız İranda “Caspian Cup” beynəlxalq festivalında mübarizəyə başlayıblar

A- A A+

Fevralın 12-də Azərbaycan şahmatçıları İranın Rəşt şəhərində start götürən 18-ci “Caspian Cup festivalında mübarizəyə başlayıblar.

NUHÇIXAN xəbər verir ki, festivalın A (masters) turnirində ölkəmizi Misrəddin İsgəndərov, Vüqar Rəsulov, Azər Mirzəyev, Kənan Əhədzadə, Süleyman Süleymanlı, Şahin Vəliyev, Habil Cavadov, İsmayıl Qurbanov, Xatun Bağırova ölkəmizi təmsil edirlər. Jalə Babazadə B (U1800), Leyla Budaqova, İbrahim Bağırov, Nihad Hüseynov, Hüseyn Əsədov, Mirmehdi Səlifli, İlqar Həşimov, Əsna Babayeva, Nihad Sultanov C (U14) turnirlərində yarışırlar.

Doqquz turdan ibarət festival İsveçrə sistemi üzrə keçirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: